Birbanklılar üçün daha bir üstünlük - Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur 

11:14 - 12 Mart 2026

Birbanklılar üçün daha bir üstünlük - Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur 

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu.


Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq Birbank-ın “Son əlavə olunan çeklər” bölməsinə  əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləri avtomatik əlavə et” düyməsini aktivləşdirmək yetərlidir.

İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır.

Ətraflı məlumat üçün: https://birbank.az/edvavtoskan 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az