Narkotik vasitənin təsiri altında olan "ZİL" sürücüsü saxlanılıb - FOTO

14:09 - 12 Mart 2026

Narkotik vasitənin təsiri altında olan \"ZİL\" sürücüsü saxlanılıb - FOTO

Abşeron rayon sakini Ramil Bünyatov idarə etdiyi "ZİL" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti (YPX) Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması YPX əməkdaşlarında şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı R.Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

"Törətdiyi qanun pozuntuları ilə bağlı R.Bünyatov barəsində inzibati tənbeh tədbirləri görülüb.

BDYPİ bir daha bildirir ki, alkoqol sərxoşluğu və ya narkotik, eləcə də digər psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən şəxslər yol hərəkəti üçün ciddi təhlükə mənbəyidir. Bu kimi kobud qayda pozuntularına qarşı nəzarət tədbirləri davam etdirilir və belə hallara yol verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlərin görülməsi bundan sonra da təmin ediləcək", - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az