Quba-Qusar və ətraf çaylarda sel baş verdi - VİDEO

19:50 - 05 Aprel 2026

Quba-Qusar və ətraf çaylarda sel baş verdi - VİDEO

Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba-Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub. 


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat verilib.

Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudiyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb. Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudiyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.

Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır. Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az