Ötən gecə Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı "Chevrolet" markalı minik avtomobili ilə mopedlə toqquşub.
Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb.
17 yaşlı Yusif bu il orta məktəbi bitirərək, ali məktəbə səbədlərini verməyə hazırlaşırmış.

