“Bakı Marafonu 2026”nın start və finişində konsert təşkil olundu - Fotolar 

19:22 - 03 May 2026

“Bakı Marafonu 2026”nın start və finişində konsert təşkil olundu - Fotolar 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026" idman hadisəsi olmaqla yanaşı, maraqlı əyləncə proqramı ilə də yadda qalıb.


Manset.az xəbər verir ki, marafonun start nöqtəsi - Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olub. Hər iki nöqtədə konsert proqramı təqdim edilib.

Bu il start nöqtəsinin fan zonasında həm qaçışçılar, həm də yarışı izləməyə gələn qonaqlar üçün axşam saatlarınadək maraqlı anlar yaşadılıb.

Startdakı fan zonada açıq havada sevilən ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konsertdə məşhur müğənnilərin ifaları səslənib.

Finiş nöqtəsi - Sea Breeze ərazisində də qaliblərin mükafatlandırma mərasimi DJ və musiqi qruplarının çıxışları ilə müşayiət olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az