Məşhur içki sağlamlıq üçün təhlükəlidir

08:00 - 05 May 2026

Məşhur içki sağlamlıq üçün təhlükəlidir

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Yekaterina Titova danışıb.

Onun sözlərinə görə, söhbət zamanı və ya tələsərkən tapioka qəbul etmək ona gətirib çıxara bilər ki, böyük, yapışqan dənələrin qida borusu əvəzinə tənəffüs yollarına daxil olma ehtimalı var. Bu da asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığının ən ağır forması - red.) ilə nəticələnə bilər.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, bu dənəciklərdən həddindən artıq yeyildikdə və kifayət qədər su içilmədikdə, onlar yapışaraq topa halında birləşə və bağırsaq keçməzliyi yaradır.

Yekaterina Titova, həmçinin beş yaşa qədər uşaqlara tapiokanı tövsiyə etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az