Bu məktəblərə direktorlar təyin olundu

14:05 - 05 May 2026

Bu məktəblərə direktorlar təyin olundu

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.


Manset.az xəbər verir ki, müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb.

Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb. Nəticədə 6 nəfər uğur qazanmış şəxslərdən  4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

Uğur qazanan namizədlərdən:

Həsənov Həsən Məmməd oğlu  Heydər Əliyev adına tam orta məktəbə,

Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə,

Əliyev Səfa Ruhulla oğlu  Şərur şəhər 2 nömrəli tam orta məktəbə,

Cəfərova İlahə Aydın qızı  Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az