Yatan sürücünün telefonu belə oğurlandı - ANBAAN VİDEO

14:41 - 05 May 2026

Yatan sürücünün telefonu belə oğurlandı - ANBAAN VİDEO

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.


Manset.az xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənin “Chevrolet” markalı avtomobilindən mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sükan arxasında yatmasından və maşının qapılarının açıq olmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az