Qəzetlər üçün müsabiqə elan edildi

15:10 - 05 May 2026

Qəzetlər üçün müsabiqə elan edildi

Medianın İnkişafı Agentliyi media reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlərə dəstək üçün müsabiqə elan edib.


Bu barədə Manset.az-a MEDİA-dan məlumat verilib.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5000 (beş min) manat məbləğində vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

Qeyd edək ki, müsabiqəyə 12 may 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az