Bu gün Bakı Ekspo Mərkəzində "Caspian Agro Week" -19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçirilib.
Manset.az xəbər verir ki, 45 ölkədən 500-dən çox şirkətin qatıldığı tədbirdə kənd təsərrüfatı və qida sənayesi üzrə ən son texnologiyalar, innovativ həllər və yerli istehsal nümunələri nümayiş olunur.
Sərgidə regionların təqdimatına da xüsusi yer ayrılıb. Naxçıvan Muxtar Respublikası burada öz yerli brendləri və zəngin kənd təsərrüfatı məhsulları ilə təmsil olunur. Stenddə həm sənaye üsulu ilə istehsal olunan məhsullar, həm də ailə təsərrüfatlarının hazırladığı təbii və ənənəvi qidalar sərgilənir.