Taleh Şahsuvarlı İTV-nin baş direktor vəzifəsinə namizəd oldu

22:08 - 05 May 2026

Taleh Şahsuvarlı İTV-nin baş direktor vəzifəsinə namizəd oldu

Bu gün İctimai Televiziyanın baş direktoru vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə rəsmi müraciət qeydə alınıb. 


Manset.az-ın əldə etdiyi  məlumata görə, AzNews.az analitik-informasiya portalının baş redaktoru, hüquqşünas Taleh Şahsuvarlı bununla bağlı öz sənədlərini Audiovizual Şuraya təqdim edib. 

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunda anadan olub. BDU-da fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi magistr pillələrində, həmçinin Hüquq fakültəsində təhsil alıb. Azərbaycan mətbuatı tarixində ən gənc baş redaktor olub. İkinci Qarabağ savaşının veteranıdır və 2025-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az