Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına
daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar
ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı
izləyə biləcəklər.
Belə ki, istifadəçilər Birbank mobil tətbiqində “Tarixçə”
bölməsindən ödənişin keçdiyi marşrut nömrəsini, metro stansiyanın adını və
gediş tarixini görə bilərlər. Bu da vətəndaşlara gecikmiş ödənişlər zamanı
çıxılan məbləğin konkret hansı gedişə aid olduğunu ödəniş qəbzi vasitəsilə
aydın şəkildə izləmək imkanı yaradır.
Yeni funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə
həyata keçirilən ödənişlər üçün aktivdir və bütün Birbanklılar üçün əlçatandır.
Məlumat üçün bildirək ki, ötən il Birbank-ın tətbiq etdiyi
texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə
fəaliyyət göstərən bütün avtobus marşrutlarında, həmçinin “Bakı Metropoliteni”
QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyası tətbiq
edilib. “K Group” MMC (BakıKart) ilə baş tutan bu əməkdaşlıq bütün yerli bank
kartlarını əhatə edir.
Qeyd edək ki, ictimai nəqliyyatda gediş haqqının ödənilməsi, həmçinin NFC/QR
texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı
Metropoliteni və BakıKart sisteminin idarəçiliyindədir. Bank ötürülən əməliyyat
məlumatları əsasında, yalnız müəyyən edilən məbləğin müştərinin hesabından
silinməsi prosesini icra edir. Bu səbəbdən sualı olan müştərilə ətraflı məlumat
almaq üçün BakıKart-a müraciət edə bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.