İnsan alverçilərinin sayı bilindi - Çoxu qadındır

09:51 - 08 May 2026

İnsan alverçilərinin sayı bilindi - Çoxu qadındır

Azərbaycanda 198 insan alveri faktı aşkarlanıb.


Manset.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələriniin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, insan alveri cinayətlərinin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.

Həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb, 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunub, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələr tərəfindən 14 insan alverçisi (2-i keçmiş illərdən olmaqla 4 kişi, 10 qadın, onlardan 3-ü şərti) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İnsan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir. Onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiyda, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.

Hesabat ilində müəyyən edilmiş 46 insan alveri qurbanının hamısı Azərbaycan vətəndaşı olmaqla (qadınlar) 33-ü Türkiyədə, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistanda cinsi istismara məruz qalıb.

Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az