Sabirabadda Kürdə suyun səviyyəsi ARTIB

21:22 - 22 May 2026

Sabirabadda Kürdə suyun səviyyəsi ARTIB

Sabirabadda bir gün ərzində Kür çayında suyun səviyyəsi 18 sm artıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, son günlər yağan aramsız yağışlar Kür çayında suyun səviyyəsini artmasına səbəb olub.

    Sabirabadda bəzi ərazilərdə meşə sahələri suyun altında qalıb. Növbəti günlərdə də suyun səviyyəsinin qalxması gözlənilir.

    Daşqın suları sahilboyu yerləşən Tuqay meşələri istiqamətində yayılıb və həmin ərazilərdə su basma halları müşahidə olunur. Bəzi yerlərdə qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub. Bəzi yerlədə çay məcrasından çıxaraq mühafizə bəndinə yaxınlaşıb.

    ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən verilən məlumata görə, hazırda Kür çayının Ağstafa rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 7 sm azalaraq 432 sm, Yevlax rayonu ərazisində 3 sm artaraq 566 sm, Zərdab rayonu ərazisində 3 sm azalaraq 840 sm, Sabirabad rayonu ərazisində 18 sm artaraq 835 sm, Şirvan rayonu ərazisində 5 sm artaraq 680 sm, Salyan rayonu ərazisində 17 sm artaraq 770 sm, Neftçala rayonu ərazisində 2 sm azalaraq 278 sm olaraq qeydə alınıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az