İctimai nəqliyyatda YENİLİK - Aylıq və illik paketlər olacaq

13:31 - 23 May 2026

İctimai nəqliyyatda YENİLİK - Aylıq və illik paketlər olacaq

İctimai nəqliyyatda günlük, aylıq, illik bilet paketləri olacaq.


Manset.az Xəzər xəbər-ə istinadən bildirir ki, 90 dəqiqə ərzində bir nəqliyyatdan digərinə pulsuz keçid təmin edələcək.

Bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, 2026-2028-ci illərdə brutto müqaviləsinə keçidlə ictimai nəqliyyatda bir sıra yeniliklər olacaq.

Millət vəkilinin sözlərinə görə, vahid bilet sisteminə keçid vətəndaşlar üçün daha qənaətli şəkildə icitmai nəqliyyatdan istifadə deməkdir.

Azər Badamov onu da bildirib ki, brutto müqaviləsi modelinin hazırlanması gedişhaqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az