Güclü dolu məhsulları məhv etdi: Qiymətlər arta bilər - VİDEO

23:36 - 27 May 2026

Güclü dolu məhsulları məhv etdi: Qiymətlər arta bilər - VİDEO

Ötən gün yağan güclü dolu bəzi bölgələrdə meyvə bağlarını və tərəvəz sahələrini yararsız hala salıb.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, Tovuzun Kirən və Çatax inzibati ərazi dairələrinə daxil olan kəndlərə yağan dolu səbəbindən yeni yetişən məhsullara ciddi ziyan dəyib. Kənd sakinləri aylardır çəkdikləri zəhmətin bir neçə dəqiqə ərzində məhv olduğunu bildiriblər.

Satıcıların sözlərinə görə, bölgələrdə məhsuldarlığın azalması yaxın günlərdə bazarlarda qiymət artımına səbəb olacaq. Onlar qiymət artımının, xüsusilə, mövsümi meyvə və tərəvəzlərdə özünü büruzə verəcəyini qeyd ediblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az