Məhbus maşından düşüb qaçdı - Qatar vurub öldürdü

15:30 - 29 May 2026

Məhbus maşından düşüb qaçdı - Qatar vurub öldürdü

Böyük Britaniyada saxlanılan şəxs avtomobilin dayanmasından istifadə edərək qaçmağa çalışsa da, uzağa gedə bilməyib.


Manset.az Lent.az-a istinadla bildirir ki, kişi məhkəmə iclasına aparılırmış. Avtomobil yol kənarında dayandığı zaman o, qaçmağa cəhd edib. Hadisə zamanı iki mühafizəçi xəsarət alıb.

Axtarışların başlamasından qısa müddət sonra hüquq-mühafizə orqanları yaxınlıqdakı dəmiryolu stansiyasının relsləri yaxınlığında meyit aşkarlayıb. İlkin ehtimala görə, onun qaçan şəxsə aid olduğu düşünülür, lakin rəsmi identifikasiya prosesi hələ başa çatmayıb.

Şübhəlinin konkret hansı ittiham üzrə məsuliyyətə cəlb olunduğu açıqlanmır. Hadisənin bütün detalları araşdırılır. Polis məhkumun məhbusların daşınması üçün nəzərdə tutulmuş avtomobildən necə çıxa bildiyini müəyyənləşdirməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az