Masazırın bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, sabah Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən “Masazır” yarımstansiyasında təmir və texniki baxış işləri aparılacaq:
“Bu səbəbdən, saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra ərazinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəyi qeyd edilib”.