"Məmmədlinin bərbad hala düşən yolu ilə bağlı tədbir görüləcək" - AAYDA rəsmisi

18:21 - 31 May 2026

\"Məmmədlinin bərbad hala düşən yolu ilə bağlı tədbir görüləcək\" - AAYDA rəsmisi

Abşeron rayonu Məmmədli qəsəbəsində əsas magistral yol yararsız hala düşüb.


Manset.az-ın məlumatına görə, yolun yararsız hala düşməsi səbəbindən qəsəbəyə sərnişin daşıyan 217 nömrəli marşrut avtobus yola daxil olub hərəkət edə bilmir. 

Mövcud problem xüsusilə yaşlılar, məktəblilər və işə gedib-gələn şəxslər üçün ciddi çətinlik yaradıb. Günün pik saatlarında yolda uzun tıxac yaranır.  Sakinlərin müraciətindən sonra yalnız Məmmədli bələdiyyəsi daxili imkanlar hesabına yola daş, kərpic qırıntısı töksə də,  yola axıdılan sular aşınmaya səbəb olub və vəziyyəti dəyişməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) departament direktoru Şahin Mustafayev əraziyə baxış keçirib.

O, Manset.az-a açıqlamasında bildirib ki, yoldakı vəziyyət  AAYDA sədri Vüsal Nəsirliyə məruzə ediləcək: 

"Məsələ Vüsal müəllimin diqqətindədir. Yolun hazırki durumu barədə məlumatlandırılıb. Aidiyyatı qurumlar və yerli icra orqanları ilə məsləhətləşmələrdən sonra bütün zəruri tədbirlər görüləcək. Problemin  qısa zamanda aradan qaldırılması nəzərdə tutulub".

Qeyd edək ki, adıçəkilən yolda tanınmış bloger  Elçin Lənbəranski və müxtəlif televiziyalar çəkiliş aparıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az