Azərbaycanın bu mühüm şəxsinin ailəsində AĞIR İTKİ - FOTO

09:25 - 01 İyun 2026

Azərbaycanın bu mühüm şəxsinin ailəsində AĞIR İTKİ - FOTO

Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin bacısı oğlu vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun nəslinin davamçılarından olan Nazim Musayev Göyçay şəhərində dünyasını dəyişib. Mərhum rayonda tanınmış stomatoloqlardan olub.

Qeyd edək ki, Rauf Soltan oğlu Hacıyevi Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova 4 yaşından övladlığa götürərək saxlayıb. R.Hacıyev Fəxri xiyabanda dəfn edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az