logo
logo logo
logo

Baş ağrısı ciddi xəstəliklərin əlaməti ola bilər - XƏBƏRDARLIQ

08:30 - 24 İyun 2026

Baş ağrısı ciddi xəstəliklərin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Tez-tez rast gəlinən baş ağrıları hər zaman yorğunluq və ya stresslə əlaqəli olmaya bilər. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu simptom ciddi sağlamlıq problemlərindən xəbər verə bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, rusiyalı həkim və teleaparıcı Yelena Malışeva qeyd edib ki, gicgah nahiyəsində döyüntü hissi və ya başın arxa hissəsində yaranan ağırlıq hissi müəyyən xəstəliklərin ilkin əlamətlərindən biri ola bilər.

Onun sözlərinə görə, baş ağrılarının geniş yayılmış səbəblərindən biri boyun fəqərələri ilə bağlı problemlərdir. Bəzi pasiyentlər uzun illər miqren diaqnozu ilə müalicə alsalar da, sonradan ağrının mənbəyinin məhz boyun nahiyəsində olduğu müəyyən edilir.

Həkim daha ciddi səbəblərə də diqqət çəkib. O bildirib ki, bəzi hallarda baş ağrıları beyin şişləri və ya ağırlaşmış sinusitlə əlaqəli ola bilər. Müalicə olunmayan sinusit müəyyən vəziyyətlərdə meningit kimi təhlükəli fəsadlara səbəb ola bilər.

Mütəxəssis profilaktik məqsədlə ən azı bir dəfə maqnit-rezonans tomoqrafiyası (MRT) və ya kompüter tomoqrafiyası (KT) müayinəsindən keçməyi tövsiyə edib. Onun fikrincə, bu müayinələr baş beyni, qan damarları və boyun şöbəsinin vəziyyətini qiymətləndirməyə imkan verir, ciddi patologiyalar aşkarlandıqda isə vaxtında müalicəyə başlanmasına şərait yaradır.

Malışeva vurğulayıb ki, osteoxondroz kimi bəzi xəstəliklər uzun müddət narahatlıq yaratsa da, adətən həyati təhlükə yaratmır. Lakin vaxtında aşkarlanmayan şiş prosesləri insan sağlamlığı üçün daha ciddi risklər daşıya bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az