logo
logo logo
logo

Cərimələrdən yayınmaq istədi - 20 sutkalıq həbs olundu

12:49 - 25 İyun 2026

Cərimələrdən yayınmaq istədi - 20 sutkalıq həbs olundu

Şamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Baş DYP İdarəsinin Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.


Manset.az idarəyə istinadən xəbər verir ki, hüquq və vəzifələri izah olunarkən E.Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb və YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq postu tərk edib.

Görülən tədbirlər nəticəsində E.Sadıqov saxlanılıb. Barəsində tərtib edilmiş inzibati materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl olunması hər bir şəxsin qanunla müəyyən edilmiş vəzifəsidir. Bu tələblərin yerinə yetirilməməsi və məsuliyyətdən yayınmağa yönələn hərəkətlər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az