Naxçıvan MR Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək tutmasından vəfat edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən qəfil ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub. 3 övladı var.
Allah rəhmət eləsin!