Azərbaycanda fəaliyyət göstərən və peşəkar xidmətləri ilə seçilən “Qüsursuz Nitq” Psixologiya Mərkəzi növbəti dəfə xaricdə yaşayan həmvətənlərimiz üçün mühüm layihəyə imza atır.
Manset.az xəbər verir ki, Esmira Qafarovanın rəhbərlik etdiyi mərkəzin peşəkar mütəxəssis heyəti 4-5 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində vətəndaş qəbulları keçirəcək.
Qəbullar müxtəlif istiqamətlər üzrə təşkil olunacaq. Mərkəzin təcrübəli mütəxəssisləri tərəfindən nevroloji, loqopedik və defektoloji müayinələr, qiymətləndirmələr və fərdi konsultasiyalar aparılacaq. Qəbullarda yaş məhdudiyyəti tətbiq olunmayacaq və müxtəlif diaqnozlu şəxslər qəbul ediləcək.
“Qüsursuz Nitq” Psixologiya Mərkəzinin əsas məqsədi nitq, inkişaf və nevroloji problemlərlə üzləşən uşaq və böyüklərə peşəkar dəstək göstərmək, onların inkişafına töhfə verməkdir. Mərkəzin mütəxəssisləri uzun illərin təcrübəsinə əsaslanaraq hər bir müraciətçiyə fərdi yanaşma tətbiq edir və müasir metodlarla xidmət göstərirlər.
Sankt-Peterburqda keçiriləcək bu qəbullar Rusiyada yaşayan həmvətənlilərimiz üçün böyük fürsətdir. Ölkəyə gəlmək imkanı olmayan vətəndaşlar yaşadıqları şəhərdə Azərbaycan mütəxəssislərinin qəbuluna yazılaraq peşəkar konsultasiya almaq imkanı əldə edəcəklər.
Qəbula yazılmaq və ətraflı məlumat almaq istəyən şəxslərə əvvəlcədən qeydiyyatdan keçmək tövsiyə olunur.
Qeydiyyat üçün: 055 485 75 25