logo
logo logo
logo

AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - VİDEO

18:31 - 27 İyun 2026

AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - VİDEO

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AMEA prezidenti İsa Həbibbəyli ilə bağlı yayılan görüntülərə münasibət bildirib.


Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, İnstitutdan bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir.

“Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası institutun fondunda mühafizə olunur.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilib.

Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim edib”, - qurumdan bildirilib.

Qeyd edək ki, İsa Həbibbəylinin XIV əsrə aid nadir Nizami Gəncəviyə məxsus əlyazmanı Vatikan nümayəndə heyətinə təqdim etdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az