Nəsimi rayonunda keçmiş həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Zaur Qəhrəmanovun son vəziyyəti məlum olub.
Manset.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hazırda 43 yaşlı Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd olunub ki, pasiyentə gözün dağıdıcı yarası və kəllədaxili travma diaqnozları qoyulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.