Goranboy rayonunda yük avtomobili qəza törədib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Shacman” markalı yük avtomobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü 35 yaşlı Vüsal Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, yaxınlıqda xəstəxanaya yerləşdirilib.
Qəzaya yük avtomobilin əyləc sisteminin işləməməsi səbəb olub.