logo
logo logo
logo

Magistral su boru xətti partladı - 6 kənd susuz qaldı

20:53 - 12 İyul 2026

Magistral su boru xətti partladı - 6 kənd susuz qaldı

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb.

Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xatırladaq ki, magistral su boru xətti martın 27-də də partlayıb. 

Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az