Gündəlik
xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün
AccessBank müştərilərinə 50 000 AZN-dək nağd
kredit imkanı təqdim edir.
Nağd
kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddəti 6 aydan 48
ayadək, komissiya isə 0–3% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD)
minimum 15%-dir. Kredit üzrə yekun şərtlər seçilən məbləğ, müddət və tətbiq
olunan komissiyadan asılı olaraq müəyyənləşdirilir.
Müştərilər
AccessBank-ın kredit
kalkulyatorundan istifadə etməklə istədikləri kredit məbləği və
müddət üzrə aylıq ödənişlərini əvvəlcədən hesablaya bilərlər. Kredit üçün
onlayn müraciət imkanı isə prosesi daha rahat və operativ şəkildə həyata
keçirməyə şərait yaradır.
Nağd
kreditlə yanaşı, müştərinin istəyinə əsasən OK
kredit kartı da təqdim olunur. Kart gündəlik alış-veriş və
ödənişlər zamanı əlavə maliyyə imkanı yaradır.
AccessBank fərqli maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə müştərilərin kredit məhsullarından daha rahat və əlçatan şəkildə yararlanmasına imkan yaradır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.