Azərbaycan ordusunun hərbçisi həlak olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hərbçi Quliyev Ələkbər Rizvan oğlu təlimdə paraşütün açılmaması nəticəsində həyatını itirib.
O, bu gün doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, 7 il ordu sıralarından xidmət edən Ə.Quliyev Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Subay idi.