Texnologiyanın inkişafı ilə kibercinayətkarların istifadə etdiyi üsullar da mürəkkəbləşir.
Manset.az AzTV-yə istinadən xəbər verir ki, son dövrlər süni intellektlə hazırlanan səs və görüntülər yeni risklər yaradır.
Mütəxəssislər bildirirlər ki, ən böyük təhlükələrdən biri də fişinqdir (fırıldaqçılıq).
Ölkədə həm ayrı-ayrı şəxslər, həm də dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirilir.
Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Rəhbəri Fərid Cəfərov bildirib ki, təhlükəli hesab edilən səhifə də digər vasitələr aşkar edilərək zərərsizləşdirilir.