logo
logo logo
logo

Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA 

21:52 - 04 Avqust 2026

Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA 

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.


Manset.az Bakupost-a istinadən xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edilir. Həmçinin o da aydın olur ki, iki uşaq üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.

Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması yolverilməzdir.

Məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktor səlahiyyətlərini icra edən direktor müavini Təranə Rəcəblinin də məlumatlı olduğu iddia edilir.

Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.

O bildirib ki, bu, quramadır, kimsə qərəzli şəkildə onunla oyun oynayır:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az