logo
logo logo
logo

Azərbaycan Ssenaristlər Gildiyasının ilk üzvləri AÇIQLANDI

17:52 - 10 Avqust 2026

Azərbaycan Ssenaristlər Gildiyasının ilk üzvləri AÇIQLANDI

Azərbaycan Ssenaristlər Gildiyası ilk üzvlərinin adlarını açıqlayıb.


Manset.az xəbər verir ki, gildiyanın ilk üzvləri Türkan Hüseyn, Reyhan İsayeva, Pərviz Seyidli, Könül Ələsova, Pərviz Həsənov, Sara Hüseynova, Elxan Xanalızadə, Toğrul Eminli, Elvin Məcidli, Günel Mehri, Rüfət Tahirov, Gülşən Tofiqqızı, Şəbnəm Xeyrulla və Elçin Əsədovdur.

Ssenaristlər Gildiyası bu ilin iyun ayında yaradılıb.

Gildiyanın qurucu üzvləri Nicat Dadaşov, Ramil Ələkbərov, Ülviyyə Heydərova, Elvin Paşa, Nurlan Həsənli, Emin Əfəndiyev, İsmayıl İman, Pərviz Məmmədov və Xanım Aydındır.

Fəxri üzvlər sırasında Ramiz Fətəliyev, Ramiz Rövşən və Eldəniz Quliyev yer alıblar.

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə yaradılan Ssenaristlər Gildiyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən ssenaristləri bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək və ssenari sənətinin inkişafına töhfə verməkdir. 

Gildiyanın sədri Nicat Dadaşovdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az