logo
logo logo
logo

Saatlı və Ağcabədidə yanğın törədənlər saxlanıldı

11:30 - 11 Avqust 2026

Saatlı və Ağcabədidə yanğın törədənlər saxlanıldı

Saatlı rayonunun Musalı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.


Manset.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Oxşar hadisə Ağcabədi rayonunun Poladlı kəndi ərazisində də baş verib. Yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az