Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.
DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə,üux araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Araşdırmalar davam etdirilir.