logo
logo logo
logo

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

14:00 - 01 Sentyabr 2026

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Xalq yazıçısı Kamal Abdullanın "Laokoon...Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" romanı Türkiyədə işıq üzü görüb. 


Manset.az xəbər verir ki, Bəxtiyar Aslanın türk dilinə çevirdiyi əsər yazıçının sayca beşinci romanıdır. Müəllif məşhur "Yarımçıq əlyazma" romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir.

Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan "tanış və yad sonsuz lüğət"lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər həm Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında romandır, həm də Vaqif əsər boyu yazmaqda olduğu kitab mənasında roman.

"Ötüken" nəşriyyatında çap olunan kitabın ön sözü çoxmüəlliflidir. Ön sözdə xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu və Aqşin Yeniseyin fikirləri yer alıb. 

Qeyd edək ki, "Laokoon...Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" 2021-ci ildə Bakıda, 2022-ci ildə isə Almaniyada nəşr olunub. "Amazon" və "Thalia" kimi böyük internet satış saytlarında oxuculara təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az