logo
logo logo
logo

Tanınmış müğənniyə ağır itki - FOTOLAR

09:12 - 03 Sentyabr 2026

Tanınmış müğənniyə ağır itki - FOTOLAR

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və “Şeron” qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfat edib.

Mərhum Zəkiyyə Cəfərova 45 il ərzində Bakı şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi fəaliyyət göstərib. O, uzun illər ərzində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların qayğısına qalıb, onların sevimli tərbiyəçisi və müəllimi olub.

Zəkiyyə Cəfərovanın dəfni sentyabrın 3-də Salyan şəhərində keçiriləcək.

Allah rəhmət eləsin.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az