logo
logo logo
logo

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi 

13:49 - 04 Sentyabr 2026

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi 

Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.


Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.

O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və “Sədərək” ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il həbs cəzası verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az