logo
logo logo
logo

Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA

10:32 - 07 Sentyabr 2026

Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18, Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəkidə (Kişçay), Şahbuzda 5, Beyləqan, Qusar, Qəbələ, Balakəndə 4, Goranboy, İmişli, Oğuzda 3, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa, Ordubad, Culfada 2, Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Culfada 20 m/s-yə çatır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az