PISA nəticələri 10-15 il sonra daha aydın şəkildə hiss ediləcək.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
O qeyd edib ki, nəticələrin Azərbaycanın təhsil sistemi üçün təsirləri və əhəmiyyəti zamanla daha aydın görünəcək: "Biz indi PISA nəticələrini görəcəyik. Onların təsirini isə 10-15 il sonra daha aydın şəkildə hiss edəcəyik".
Nazir diqqətə çatdırıb ki, tədqiqat ölkə üzrə 241 məktəbdən 7432 şagirdi əhatə edib.