logo
logo logo
logo

Bu şəxslər gələcəkdə pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq 

11:50 - 08 Sentyabr 2026

Bu şəxslər gələcəkdə pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq 

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar.


Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

Əmək müqaviləsi ilə çalışan işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq, sosial sığorta sistemində iştirak etməklə gələcək pensiya hüququ qazanmaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüququna malikdir.

Bununla yanaşı, əmək müqaviləsi ilə işləyən şəxslər ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə edə, iş vaxtından artıq işə cəlb olunduqda əlavə əməkhaqqı ala bilərlər.

Həmçinin həmin işçilər icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə təmin olunurlar.

Nazirlik bildirir ki, əmək müqaviləsi olmadan çalışan şəxslər qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olurlar.

Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən elektron qaydada imzalandıqda hüquqi qüvvəyə minir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az