logo
logo logo
logo

Yağışlı havada polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar

17:55 - 08 Sentyabr 2026

Yağışlı havada polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar

Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları yağışlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində xidmət aparırlar.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub.

Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az