logo
logo logo
logo

Havvaxanım Rüstəmovaya hökm oxundu 

13:11 - 16 Sentyabr 2026

Havvaxanım Rüstəmovaya hökm oxundu 

“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb.


Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən ev dustaqlığında olan H.Rüstəmovaya dəymiş ziyanı ödədiyi üçün 5 il 6 ay müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Havvaxanım Rüstəmova 132 nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb. İş üzrə quruma dəymiş yarım milyon manata yaxın ziyanın böyük əksəriyyəti ödənilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az