“Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın ifadə verməsindən sonra ekran əsərinin keçmişi ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan sentyabrın 14-də “məlumatlı şəxs” qismində məhkəmə orqanına gələrək ifadə veriblər.
Bu hadisədən sonra “Kurtlar Vadisi” serialında “Nevzat” obrazını canlandıran aktyor Nevzat Yakışırboyun Osman Sınavla bağlı sosial şəbəkədə etdiyi paylaşım diqqət çəkib.
Aktyor Osman Sınavın ekran əsərindən ayrıldığı dövrə toxunaraq onun “FETÖ-çülərlə yol getmək istəmədiyini” bildirib.