Omanın Musandam sahilləri açıqlığında neft tankerinin vurulduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 23 heyət üzvü təxliyə edilib, iki nəfər isə itkin düşüb.
Oman Dəniz Təhlükəsizliyi Mərkəzinin verdiyi açıqlamada Panama bayrağı altında üzən "Elgaia" neft tankerinin Musandam vilayətindən təxminən 103 dəniz mili şimal-şərqdə hədəf alındığı, gəminin maşın bölməsində yanğın baş verdiyi və gəminin ölkə limanlarından birinə çəkildiyi qeyd olunub. Oman Kral Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin 23 heyət üzvünü təxliyə etdiyi və onlara zəruri tibbi yardımın göstərildiyi bildirilib. İtkin düşən iki nəfərin axtarış-xilasetmə tədbirlərinin davam etdirildiyi vurğulanıb.