logo
logo logo
logo

Bu vitaminin çatışmazlığı əməliyyat sonrası ağrıları 3 dəfə artırır

17:18 - 15 Sentyabr 2026

Bu vitaminin çatışmazlığı əməliyyat sonrası ağrıları 3 dəfə artırır

Aparılan yeni bir beynəlxalq tədqiqat çərçivəsində döş xərçəngi əməliyyatı olunmuş 184 qadın xəstənin cərrahiyyə və bərpa mərhələləri izlənilib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, analizlər göstərib ki, orqanizmində D vitamini səviyyəsi aşağı olan şəxslərin əməliyyatdan sonrakı ilk 24 saat ərzində orta və şiddətli ağrı hiss etmə ehtimalı lazımi D vitamini göstəricisinə malik olanlarla müqayisədə 3 dəfə çoxdur.

Araşdırma zamanı D vitamini yetərsiz olan qrupun ağrını kəsmək üçün asılılıq və ürəkbulanma kimi əks təsirləri bulunan fentanil və tramadol tipli opioid ağrıkəsicilərindən daha intensiv istifadə etdiyi müəyyən olunub. Həmin xəstələrdə əməliyyatdan sonra ürəkbulanma şikayətlərinin də nəzərəçarpan dərəcədə tez-tez müşahidə edildiyi bildirilib.

Tədqiqatçılar D vitamininin immunitet sistemi və orqanizmin ağrını emaletmə mexanizmləri üzərində birbaşa tənzimləyici rola malik olduğunu diqqətə çatdırıblar. Mütəxəssislər əməliyyatdan əvvəl aparılacaq rutin D vitamini müayinələrinin və çatışmazlıq aşkar edilən xəstələrə veriləcək sadə qida əlavələrinin cərrahiyyədən sonrakı bərpa prosesini rahatlaşdıra biləcəyini, həmçinin güclü ağrıkəsici istifadəsini azaldacağını vurğulayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az