logo
logo logo
logo

Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu

12:50 - 15 Sentyabr 2026

Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu

Kürəkəni öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.


Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər.

Qeyd edək ki, hadisə ötən ilin yazında Biləcəri qəsəbəsində baş verib. Ata və qız sonuncunun həyat yoldaşı Ədil Məhərrəmovu kəsici-deşici alətlə öldürüblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az