logo
logo logo
logo

Joze Mourinyodan Arda Gülər barədə tərif - “İnanılmazdır” 

14:03 - 14 Sentyabr 2026

Joze Mourinyodan Arda Gülər barədə tərif - “İnanılmazdır” 

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Elçe” ilə keçiriləcək La Liqa oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı jurnalistlərin portuqaliyalı mütəxəssisə ünvanladığı ilk sual Arda Gülərlə bağlı olub. Mourinyo milli futbolçu barədə yüksək fikirlər səsləndirib.

O, Arda Gülərin oyun keyfiyyəti baxımından olduqca yüksək səviyyədə olduğunu bildirib.

“Onun inkişafından danışmaq üçün məndən daha səlahiyyətli insanlar var. Onlar Ardanın fiziki baxımdan necə dəyişdiyini izah edə bilərlər. Lakin mənim fikrimcə, onun keyfiyyəti inanılmazdır. Oyunu görmə qabiliyyəti, qətiyyəti, komandaya gətirdiyi sabitlik və yaradıcılığı çox yüksək səviyyədədir”, – deyə Mourinyo bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az