logo
logo logo
logo

İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur 

08:00 - 14 Sentyabr 2026

İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur 

İçkidən sonra gecəni xatırlamırsınızsa, bu, sadəcə sərxoşluq deyil, alkoqolun beyində yaddaşın formalaşmasına təsir etməsi ilə bağlı ola bilər.


Manset.az xəbər verir ki, güclü alkoqol qəbulu beynin yeni məlumatları uzunmüddətli yaddaşa ötürən hipokamp adlı hissəsinin fəaliyyətini müvəqqəti poza bilər. Bu zaman insan danışa, gəzə və telefonundan istifadə edə bilər, lakin sonradan həmin hadisələri xatırlamır.

Yaddaş itkisi xüsusilə qısa müddətdə çoxlu miqdarda alkoqol qəbul edildikdə və acqarına içildikdə daha çox müşahidə olunur. Bəzi dərmanlarla alkoqolun birlikdə qəbulu da riski artırır.

Mütəxəssislər bildirirlər ki, təkrarlanan yaddaş itkiləri ciddi xəbərdarlıq əlamətidir. Belə hallar travma və təhlükəli davranışlarla müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.

Huşun itməsi, qıcolma, nəfəsin seyrəkləşməsi və ya nizamsızlaşması isə ağır alkoqol zəhərlənməsinin əlaməti ola bilər. Bu halda dərhal təcili tibbi yardım çağırılmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az