Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətinin bəyənilmə səviyyəsi prezidentliyi dövründə ən aşağı həddə enib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Ipsos BVA şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, fransızların yalnız 16 faizi Makronun fəaliyyətini dəstəkləyir.
Respondentlərin 81 faizi isə prezidentin fəaliyyətini mənfi qiymətləndirib.